Yüklənir...

Azərbaycan Русский

HAQQIMIZDA

«TəmizPro» klininq şirkəti- hər hansı binaların və müəssisələrin professional təmizlənməsi sahəsində xidmətləri təmin edən enerjili, gənc və sürətlə inkişaf edən şirkətdir.
Bizim təmizlik şirkəti yaşayış obyektləri, sənaye müəssisələri, anbar və ofis təmizlənməsi sahəsində geniş əhatəli xidmətlər təklif edir.
Biz həmişə müştərilərimizin ehtiyaclarına diqqətlə yanaşır, ona görədə təmizləmə xidməti göstərilməsi üçün müqavilə bağlandığı zaman,  bütün obyekt xüsusiyyətləri və müştərinin istəklərini nəzərə alırıq.
Binaların xüsusiyyətlərindən  və müştərinin istəklərindən  asılı olaraq, biz  birdəfəlik və ya ümumi, eləcədə gündəlik, həftəlik və aylıq təmizləmə işləri həyata keçiririk.

Xidmətlər

Əsas xİdmətlər

Gündəlik təmizlik

Hər hansı bir yaşayış və ya ofis daimi qayğı tələb edir. Gündəlik təmizlik servisi - təmizlik içində və rahat yaşamaq istəyən insanlar üçün ideal variantdır. Siz öz dəyərli vaxtınızı başqa işlərə sərf edə bilərsiniz .

Ümumi təmizlik

Səliqəli işin və yüksək keyfiyyətin təmin olunması. Hər bir obyektin bir neçə saata yüksək keyfiyətli təmizlənməsi!

Tikintidən sonrakı təmizlik

Tikintidən və ya təmirdən sonrakı təmizlik - bu xeyli vaxt aparan, professional yanaşma , xeyli bacarıq, müəyyən avadanlıq, professional təmizləmə və yuyucu maddələr tələb edən çətin bir prosesdir. Təmirdən və ya tikinti işləri sonra yaranan çirklənmənin aradan qaldırılması üçün xüsusi bilikli və bacarıqlı işçi heyəti cəlb olunur.

Sənayə sahəsində təmizlik

İstehsal sexlərinin, ventilyasiya və isitmə sistemlərinin , kimyəvi yuyulması və xüsusi texnika ilə dezinfeksiya olunmasını təmin edir

Təşkilata və ya obyektə aid ətraf sahələrin təmizlənməsi

Müəssisə və ya anbarlara , supermarketlərə , alış-veriş mərkəzlərinə bitişik ətraf ərazilərdə, parklarda və s. ərazilərdə təmizlik işlərinin həyata keçirilməsi. Ətraf ərazilərin təmizlənməsi bir dəfəlik və müntəzəm şəkildə həyata keçirilə bilər.

Sanitar otaqların təmizlənməsi

Sanitar otaqlar müntəzəm təmizlənməsi hər hansı obyekt üçün əhəmiyyətli və vacibdir

Fasadların təmizlənməsi

Fasadların vaxtında və keyfiyyətlə təmizlənməsi ilə, onlarını ekspluatasiya dövrünü xeyli artıra bilərsiniz. ağır metal tullantılarının, yağış, qar və müxtəlif kimyəvi qazların təsiri altında fasadlar kimyəvi eroziyaya məruz qalırlar.  Belə iş üçün, biz ancaq təcrübəli əməkdaşlarımızı cəlb edirik, hansılarkı hər hansı bir mürəkkəb fasadların, hətta ən baxımsız binaların təmizlik işləri ilə məşğul ola bilərlər.

Pəncərələrin, şüşəli sahələrin və vitrinlərin yuyulması

Hər bir binada, böyük və ya kiçik, müasir və ya ənənəvi taxta çərçivələrdən pəncərələr var, və onların zaman-zaman keyfiyyətli təmizlənməsi lazımdır. Bundan başqa, bir çox insanlar pəncərələrin binanın və ya evin vizit kartı olduğunu hesab edirlər, və buna görədə pəncərələrin təmiz olması çox vacibdir.

XÜSUSİ SİFARİŞLƏR

Sənayə alpinismi

Sənaye alpinizmi yüksək hündürlüklü binaların şüşə və fasad örtüyünun təmizlənməsi xidmətidir. Bu xidmət yüksək təhlükəsizlik və siğorta qaydalarına əməl olunmaqla bizim alpinist briqadası tərəfindən həyata keçirilir.

Döşəmələrin xüsusi təmizlənməsi

Əlbəttə ki, hər bir döşəməyə diqqət və daimi qayğı lazımdır. professional yanaşma, yuyucu vasitələr və xüsusi müasir avadanlıqlar sizin döşəmənizə təmiz, parlaq və uzunömürlü edə bilər.

Yumşaq mebellərin kimyəvi təmizlənməsi

Mənzil, ofis və ya başqa hər hansı bir yerdə mebellərin bizim əməkdaşlar tərəfindən yüksək səviyyədə təmizlənməsi həyata keçirilir. Bizim şirkətin yüksək kvalifikasiyalı əməkdaşları sizin mebelə lazım olan düzgün təmizləyici vasitələri müəyyənləşdirib işə başlayırlar.

Nəqiyyat vasitələrinin təmizlənməsi (avtomobil, avtobus, qatar)

Cleaning sahəsində nisbətən yeni bir xidmətdir. Avtomobil, avtobus, qatar və başqa nəqliyyat vasitələrinin xarici və daxili təmizlənməsini təklif edirik. Bu sahədə şirkətimizin böyük təcrübəsi vardır.

Dezodorasiya

Dezodorasiya - üfunətli iylərin ləğv edilməsidir. Mənzil, ofis, avtomobil, sənayə obyektləri və başqa yerlərdə qoxuların qarşısı alınması və ləğv olunması üzrə kompleks işlər deməkdir.

Dezinfeksiya

Dezinfeksiya -  xəstəlik törədən mikroorqanizmlərin məhv edilməsi İnfeksion xəstəliklərin mənbəsi olan və insan sağlamlığına zərər yetirə bilən mikroorganizmlərin məhv edilməsi üzrə işlər deməkdir.

Dezinseksiya

Dezinseksiya - infeksion xəstəlikləri yayan həşəratların tələf edilməsidir. Dezinseksiya əməliyyatı mənzillərdə, xəstəxanalarda, məktəblərdə və digər müəssisələrdə mütəmadi olaraq həyata keçirilməlidir.

Deratizasiya

Deratizasiya -  infeksiya mənbəyi olan və onu yayan gəmiricilərin tələf edilməsidir. Kənd-təsərrüfatı müəssisələrinə zərər vuran və yoluxucu xəstəliklərin (vəba, tulyaremiya, leşmanioz və s.) daşıyıcısı olan gəmircilərin məhv edilməsidir.

Əlaqə

Ünvan: AF Mall 18-ci mərtəbə, Səməd Vurğun küçəsi, AZ1000

Tel: +994 55 207 88 54

E-mail contact@temizpro.az